Bakı ilə Cibuti arasında yükdaşımalar üzrə reys açılacaq
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovun 2016-cı ilin 29-30 noyabr tarixlərində Cibuti Respublikasında işgüzar səfəri çərçivəsində Bakı ilə Cibuti arasında yükdaşımalar üzrə reysin açılması və Azərbaycan-Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə razılıq əldə edilib.
Bu barədə Turan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətində məlumat veriblər.
AZAL prezidenti "Azərbaycan Hava Yolları" QSC ilə Cibuti aviaşirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb.
Noyabrın 30-da C. Əsgərov Cibuti prezidenti İ.Ö.Qelle və Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüşüb.
Görüşlər zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı keçirilib və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə olunub. 08D
-
- İqtisadiyyat
- 1 Dekabr 2016 22:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz