Prezident elektrik və qaz tariflərini dəyişəcək – iqtisadçı
İqtisadçı Natiq Cəfərli hesab edir ki, prezident İlham Əliyev tarif məsələsinə qarışacaq, elektrik və qaz tariflərini dəyişəcək.
Turan-ın məlumatına görə, ekspert «Facebook» səhifəsində yazıb ki, qaz və işıqla bağlı kvotalarda, sayğac hesablamalarında qarışıqlıq yaranacaq, hətta vətəndaşlarla nəzarətçilər arasında tez-tez mübahisələr düşəcək.
«Bu zaman meydana prezident çıxacaq, tarifləri tənzimləyəcək, tək qiymətlə hesablama aparılmasına keçidlə bağlı tapşırıq vetəcək, Tarif Şurasının qaldırdığı qiymətləri (güya) endirəcək - işıqda tək tarif 9 qəpik, qazda isə 13 qəpik, ya da 14 qəpik edəcək. Qiymətlər "enəcək" və hamı prezidentə minnətdar olacaq”.
Xatırladaq ki, Tarif Şurası noyabrın 28-də enerji daşıyıcılarının qiymətlərini dəyişib.
Xatırladaq ki, Tarif Şurası noyabrın 28-də enerji daşıyıcılarının qiymətinə yenidən baxıb. Əhali üçün illik istehlak həcmi 1500 kubmetri keçməyəndə 1 kubmetr üçün tarif 0,1 manat səviyyəsində qalacaq. İstehlak həcmi bu məbləği keçərsə, 1 kubmetrin qiyməti 0,2 manat olacaq.
Bundan başqa, 1 kvt saat elektrik enerjisinin qiyməti 0,043 manatdan 0,057 manata artırılıb.
Aylıq istehlak həcmi 250 kilovat/saatı keçməyən istehlakçılar üçün elektrik enerjisinin qiyməti 0,07 manat qalacaq, Bundan artıq olanda 1 kilovat/saat üçün 0,11 manat ödəmək lazım gələcək. 71D
-
- İqtisadiyyat
- 1 Dekabr 2016 22:23
-
- İqtisadiyyat
- 1 Dekabr 2016 22:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz