Bakı metropoliteni ən iri kommersiya strukturu oldu
«Bakı Metropoliteni» QSC nizamnamə kapitalının həcminə görə Azərbaycanın ən iri kommersiya strukturu oldu. Nazirlər Kabineti 25 iyunda bu il fevralın 27-də yaradılan SC-nin nizamnamə və strukturunu təsdiq edib.
2010-cu ilin əvvəlində Metropolitenin nizamnamə kapitalı 484 mln 143,8 min manat idi. Bu ilin fevralında dövlət başçısının sərəncamı ilə “Azərtunelmetrotikinti” Metropolitenə birləşdirilib. İndi «Bakı metropoliteni» QSC nizamnamə kapitalı 1 770 950,7 min manatdır. Dövlətə məxsus səhmlərin nominal qiyməti 14,14 manatdır.
«Bakı metropoliteni» QSC-nin ardınca nizamnamə kapitalının həcminə görə “Azərenerji” gəlir - 1 mlrd 760,5 mln manat.
«Bakı metropoliteni» QSC-nin strukturuna hüquqi statuslu 11, statussuz 11 müəssisə daxildir. SC-nin əsas vəzifəsi metropolitenin inkişafı, maddi-texniki bazanın möhkəmlənməsi, xidmət keyfiyyöətinin artırılması, yeni xətlərin və stasiyaların tikintisidir.
Metropoliten illik hesabatını KİV-də açıqlayacaq, saytında yerləşdirəcək. O, dotasiya ilə işləyir.
Hökumət özəl sahibkarlığın inkişafından danışsa da, «Azərbaycan Dəmir Yolları» (726 mln 146,3 min manat), AZAL (823 mln 974,4 min manat), “Bakielektrikşəbəkə” (623 mln 533,6 min manat), «Xəzər Dəniz Gəmiçiliyi» (383 mln 420,6 min manat) və s-də 50%-dən çox paya malikdir. 08D
-
- İqtisadiyyat
- 12 İyul 2014 16:07
-
- İqtisadiyyat
- 12 İyul 2014 16:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz