Reklam şirkətlərinin gəlirləri 22% artıb
Dövlətstatkom 2013-cü ildə reklam şirkətlərinin gəlirlərini açıqlayıb. Ötən il reklama 57 mln manat xərclənib. Bu, 2012-ci ildəkindən 22% çoxdur.
DSK-ya görə, 2013-cü ildə gəlirlərin çoxu (34 mln manat) reklam planlanması, yaradılması və yerləşdirilməsinin payına düşüb – (+21,3%). Yer və vaxt satışı və icarəsindən gəlirlər 16,6 mln manat (36,3%), reklam materiallarının yayılması və çatdırılmasından gəlirlər 4,7 mln manat (+7%) olub.
Reklam şirkətlərinin xərcləri 55 mln 355 min manat təşkil edib. Xərc artımı gəlir artımına uyğundur. Reklam şirkətləri 3 681 min manat mənfəət əldə edib. Bu, 2012-ci ildəkindən 544 min manat çoxdur.
2013-cü ildə reklam şirkətləri istehlakçılarla 66 mln manatlıq 2 339 müqavilə bağlayıb. Əvvəlki illə müqayisədə müqavilə intensivliyi 9,7% artıb.
Bir neçə il əvvəl ən çox reklam televiziyada verilirdi. Son illər internetin payı artıb. Çap mətbuatının payı isə azalır. Nəqliyyatda reklam aktivləşib.
Azərbaycanın reklam bazarı qonşu ölkələrlə belə müqayisə edilə bilməz. Bu, özəl sektorda rəqabətin az olması ilə bağlıdır. Əhalisi azərbaycandan 2 dəfə az olan Gürcüstanda 2012-ci ildə reklam bazarının həcmi $54 mln olub. 08B
-
- İqtisadiyyat
- 12 İyul 2014 16:15
-
- Siyasət
- 14 İyul 2014 11:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz