Ərzaq idxalından asılılıq yüksəkdir
Dövlətstatkom 2013-cü il üçün ərzaq balansı barədə statistik hesabatı açıqlayıb. Ona əsasən, bir sıra kənd təsərrüfatı və sənaye qida məhsulları üzrə özünütəminat səviyyəsi aşağıdır.
Məcmuə beş bölmədən ibarətdir. bitkiçilik məhsulları, heyvandarlıq məhsulları, sənaye mənşəli ərzaq məhsullarının ehtiyatları, özünütəminetmə, idxaldan asılılıq səviyyəsi və s. Məlumatlar 2007-2013-cü illəri əhatə edir.
2013-cü ildə buğda balansı 4 mln 364,8 min ton olub. Bu, 2012-ci ildəkindən 9,5% çoxdur. Buğda istehsalı (1 846 min ton) idaxlından 395 min ton çoxdur. Ərzaq istehsalı üçün 2 mln ton buğdadan istifadə edilib (ötən illə müqayisədə + 79). Buğda itkisi yüksəkdir – 271 min ton Buğda idxalından asılılıq 2013-cü ildə 0,8% artaraq 44% olub.
Mal əti ilə özünütəminat 2013-cü ildə azalaraq 86,5% (mənfi 6,5%) olub. İstehlak isə 140 min ton təşkil edib. Quş əti istehsalı artır: 2007-ci ildə tələbatın 30%-i idxal hesabına təmin edilib. 2013-cü ildə (100 min ton) bu göstərici 3,8%-ə düşüb.
Statistikaya inansaq, 2007-ci illə müqayisədə süd və süd məhsulları istehlakı 792 min ton artaraq 2013-cü ildə 2 mln 548 min ton olub. Bunun 76,2%-i yerli istehsal hesabına təmin edilib. Bu, 2012-ci ildəkindən 3,4% çoxdur. --08B—
-
- İqtisadiyyat
- 12 İyul 2014 16:03
-
- İqtisadiyyat
- 12 İyul 2014 16:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz