Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı bir neçə xidməti avtomobil alacaq
Nazirlər Kabineti 29 martda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarına dəyişikliklər edib. Ona əsasən, bir sıra dövlət strukturları yeni xidməti avtomobillər alacaq. Daha çox avtomobil Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının payına düşəcək.
Hökumətin 54 saylı qərarına əsasən, Bakı ŞİH-in 13 xidməti avtomobili olacaq. Əvvəllər İH başçısı və 4 müavinin avtomobili vardı. Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının birbaşa tabeliyində olan dövlət orqanlarının rəhbərləri də avtomobil alacaq. İH yanında neçə belə struktur olduğu bilinmir. Bakı ŞİH-nin saytında bu strukturlar barədə məlumat yoxdur.
Bundan başqa, Nazirlər Kabinetinin həmin qərarına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də hərəyə bir avtomobil alacaq və onlartın minik avtomobili sayı 8 və 13 ədəd olacaq.
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (rayon və şəhər məhkəmələri istisna) 1175 xidməti minik avtomobilinə, onların aparatları 348 avtomobilə malikdir. 08D
-
- Siyasət
- 2 Aprel 2013 17:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz