Bakı-Sumqayıt-Bakı elektrik qatarının biletlərinin qiyməti təsdiq edilib
Tarif (qiymət) Şurası sentyabrın 14-də Bakı-Sumqayıt-Bakı elektrik qatarının biletlərinin qiymətini təsdiq edib. Bakıdan Sumqayıta gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpikdir.
Yeni tariflər (http://economy.gov.az/images/pdf/baki-sumqayit.pdf) bu gündən qüvvəyə minir. Maraqlıdır ki, TŞ-nin qərarında biznes klas yerlərin qiyməti göstərilməyib.
"Azərbaycan Dəmir Yolları" QSC bu il Belarusdan 3 ikimərtəbəli vaqondan ibarət 3 sərnişin qatarı alıb. Vaqonların tutumu 99 nəfərdir. Qatarlarda 396 oturacaq var, bunun 84-ü biznes-klasdır. Sazişə əsasən, ilin sonuna kimi daha iki qatar alınacaq.
Qeyd edək ki, avtobusla Sumqayıta gediş haqqı 0,40-0,60 manatdır. Taksi ilə gedişin qiyməti 4-10 manat təşkil edir. Çünki taksometrdən istifadə olunmur. 08D
-
- Siyasət
- 15 Sentyabr 2015 12:50
-
- İqtisadiyyat
- 15 Sentyabr 2015 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz