Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında bilet bahalanıb
«Azərbaycan Dəmir Yolları» QSC martın 3-dən Bakı-Sumqayıt və əks istiqamətdə elektrik qatarlarında gediş haqqını bahalandırıb.
Bakı-Sumqayıt, Sumqayıt-Bakı marşrutu üzrə qiymət 25% bahalanıb və bu gündən 1 manatdır. Aralıq stansiyalar üzrə (Biləcəri və Xırdalan) tariflər də dəyişib.
ADY mətbuat xidmətində qeyd ediblər ki, tariflər dəmir yolu idarəsinin inzibati xərclərini balanslaşdırmaq üçün artırılıb.
2016-cı ildən dəmir yolu daşımalarında tariflərə baxmaq səlahiyyəti ADY rəhbərliyinə verilib. Buna qədər dəmir yolu daşımalarında tarifləriin tənzimlənməsi ilə Tarif Şurası məşğul olurdu.
Gün ərzində Bakıdan Sumqayıta qatarlar 11 dəfə gedir. Hər gün bu qatarlardan 5 minədək sərnişin istifadə edir. 08D
-
- İqtisadiyyat
- 3 Mart 2017 09:58
-
- Cəmiyyət
- 3 Mart 2017 11:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz