Bakı-Tbilisi-Ceyhanın əsaslı xərcləri ikinci ildir 55% artır
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi çərçivəsində əsaslı xərclərin ümumi həcmi 2012-ci ildə $64 mln olub. Bu, 2011-ci ildəkindən 58% çoxdur. Bu barədə BP-Azerbaijan şirkəti məlumat verir.
Şirkətin bu il üçün planına əsasən, ВТС-yə xidmət xərcləri ötən illə müqayisədə 55,6% artaraq $97 mln-a çatacaq.
Amma BP-Azerbaijan bu artımın səbəbini izah etmir. Axı 2011-ci ildən başlayaraq neft nəqli azalır!
Şirkətin məlumatına görə, BTC istismara veriləndən 2012-ci ilin sonuna kimi Ceyhan limanında 2061 tankerə 213 mln ton bu kəmərlə gələn neft yüklənilib.
Bakı-Tbilisi-Ceyhanın buraxılış qabiliyyəti sutkada 1,2 mln barreldir. Hazırda olunla “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft, "Şahdəniz"dən kondensat və 2010-cu ili iyunundan türkmən nefti nəql edilir.
* BTC-nin uzunluğu 1768 km-dir (Azərbaycanda 443 km, Gürcüstanda 248 km, Türkiyədə 1077 km). Layihənin iştirakçıları bunlardır: BP (30.1%); ARDNŞ (25.00%); Chevron (8.90%); Statoil (8.71%); TPAO (6.53%); ENI (5.00%); Itochu (3.40%); ConocoPhillips (2.50%); INPEX (2.50%), Total (5.00%) və Amerada Hess (2.36%). --12D--
-
- Mədəniyyət
- 5 Mart 2013 11:56
-
- İqtisadiyyat
- 5 Mart 2013 12:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz