Bakı-Tbilisi qatarında gediş haqqı endirilib

     Aprelin 1-dən 38/37 nömrəli Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı  tarifləri aşağı salınıb.  Azərbaycan Dəmir Yolları” QSC-dən Turan-a bildirilib ki, gediş haqları plaskart vaqonda 24,54 AZN, kupe vaqonda 35,32 AZN və xüsusi vaqonda (SV) 58.43 AZN təşkil edəcək.

Bundan öncə göstərilən siniflər üzrə qiymətlər 30,16 AZN, 44,50 AZN və  83,77 olub.

Biletin qiyməti manatın İsveçrə frankına nisbətən  məzənnəsindən asıl olaraq dəyişir. —05D06—

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti