Bakıda 2-ci Avropa İttifaqı-Azərbaycan Biznes Sammiti keçiriləcək
2-ci Avropa İttifaqı-Azərbaycan Biznes Sammiti 18 may 2016-cı il tarixində saat 9.00-dan 18.00-dək Bakıda ADA Universitetinin binasında keçiriləcək.
Sammit Aİ-nin Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində keçirilir və məqsədi Azərbaycanda biznes imkanlarının araşdırılması və yerli şirkətlərin Aİ-dən olan tərəfdaşlarla işgüzar əlaqələrinin yaradılmasıdır.
O cümlədən kənd təsərrüfatı, qida, nəqliyyat, logistika, turizm sektorunda imkanlar, biznes imkanların son inkişafı və vəziyyəti barədə geniş müzakirələr keçiriləcək.
Sammit təşkilatçıları bildirir ki, tədbirdə iştirak üçün ilkin qeydiyyatdan keçmək lazımdır.
Tədbir və qeydiyyatla əlaqədar ətraflı məlumat əldə etmək üçün Fizuli Bağırovla ([email protected]) əlaqə saxlamaq lazımdır.
-
- İqtisadiyyat
- 11 Aprel 2016 14:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz