Bakıda Amerika qazma şirkətinin nümayəndəliyi açılıb
Sperry Drilling Worldwide Cyprus Limited şirkəti Azərbaycanda nümayəndəliyini açıb.
“Vergilər” qəzetinin məlumatına görə,
Sperry Drilling Worldwide Cyprus Limited şirkəti Vergilər Nazirliyində qeydiyyata alınıb. Şirkətin Bakıdakı nümayəndəsi Randall Gilxristdir. Nümayəndəlik Zərifə Əliyeva küçəsi, 55 ünvanında yerləşir.
Sperry Drilling Worldwide Cyprus Limited 25 dekabr 2015-ci ildə Yunanıstan Kiprində qeydiyyata alınıb. Baş ofisi Hyustonda yerləşir. Sperry Drilling Worldwide Cyprus Halliburton şirkətinin qazma idarəsidir. Şirkət qazma işlərinin optimallaşdırılması üzrə həll yolları təklif edir.
Halliburton şirkəti Bakıda 90-cı illərin ortalarından işləyir. O, əsasən ВР-Azerbaijan-ın sifarişlərini yerinə yetirir. –12D—
-
- İqtisadiyyat
- 11 İyul 2016 18:05
-
- Siyasət
- 11 İyul 2016 19:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz