Bakıda beynəlxalq nəqliyyat sərgisi açılıb
Bu gün Bakıda 14-cü Beynəlxalq Nəqliyyat, tranzit və loqistika (TransCaspian 2015) sərgisi öz işinə başlayıb. Açılış mərasimində nəqliyyatv naziri Ziya Məmmədov iştirak edib.
Sərgidə Azərbaycan, Almaniya, Avstriya, Belarus, Gürcüstan, Fransa, Latviya, Litva, Rusiya və İsveçrədən şirkətlər təmsil olunur. İştirakçılar arasında “Access Trans”, “Alstom Transport”, “Auto Lift Gmbh”, “Liebherr”, “Stadler Rail Management AG”, “Trans Caucas Terminals”, Qomel Vaqonqayırma Zavodu, “Pervaya Lokomotivnaya Kompaniya”, Ural Vaqon Zavodu, “Transmaş” (Moskva) zavodu və bir çox digər müəssisələr var.
Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyat Xidməti də iştirak edəcək. TransCaspian sərgisi 5-ci Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat sərgisi ilə eyni meydançada keçirilir.
Mayın 14-də başa çatacaq sərginin təşkilatçıları Iteca Caspian LLC və onun tərəfdaşı ITE Group PLC-dir. 08D
-
- Cəmiyyət
- 12 May 2015 12:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz