Bakıda tunnel tikintisi problemi müzakirə edilir
Bu gün Bakıda iki günlük «Tunel tikintisi və yeraltı infrastrukturlar» sərgi-konfransı işə başlayıb.
Fransa Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyasının (AFTES) fəxri prezidenti Alan Balan bildirib ki, Azərbaycanın metro tikintisində böyük imkanları var. O qeyd edib ki, Fransa Azərbaycanla tunel tikintisi və texniki potensial sahəsində əməkdaşlıqda maraqlıdır.
Tikilməkdə olan Bakı Metropoliteni müdiriyyətinin rəhbəri Arif Rəsulov konfransda bildirib ki, 2025-ci ilə kimi metronun inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi üçün 6-7 mlrd manat tələb olunur. Proqram çərçivəsində 84 km tunel (ikitərəfli hərəkət nəzərə alınarsa, 168 km) tikmək planlaşdırılır. Rəsulov bildirib ki, 1 km tinel 110 mln manata başa gəlir.
İşlər dövlət büdcəsindən maliyyələşir. Gələcəkdə proqramın həyata keçirilməsi üçün xarici investorların cəlb edilməsi istisna edilmir, deyə o qeyd edib.
Konfransın işində müxtəlif ölkələrin dövlət və özəl strukturlarını təmsil edən 300 nümayəndə iştirak edir. 08C
-
- İqtisadiyyat
- 10 Sentyabr 2012 16:50
-
- Cəmiyyət
- 10 Sentyabr 2012 18:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz