Bakıda yeni qaydalarla ünvan lövhələri qurulur
ilə Əmlak Məsələləri Dövlət Komitəsi “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun Avropa standartlarına müvafiq ünvan lövhələri vurulması işlərinə başlayıb.
Bu ilin sonuna kimi Bakı şəhəri üzrə 2500-dən çox küçə və prospektri əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulması ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Gələn ildən proses digər şəhər və rayonları da əhatə edəcək, deyə ƏMDK-də Turan-a bildiriblər. Yeni qaydalara əsasən, ünvanlar təkcə binalara yox, hər bir girişə veriləcək.
Cənubi Koreyanın “SK C&C” Co LTD şirkəti tərəfindən Azərbaycan Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılıb. Lövhələr Cənubi Koreyada istehsal edilib. Mart ayının sonundan etibarən istehsal olunmuş ünvan lövhələrinin Bakıya gətirilməsi təmin olunur. ƏMDK mütəxəssislərinin fikrincə, layihə vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə və təşkilatlara imkan verəcəkdir ki, ünvana ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etsinlər, internet əsaslı elektron xidmətlərdən istifadə edə bilsinlər.
Yeni sistem Norveçin xəritəçəkmə təşkilatının texniki dəstəyi ilə yaradılır. O, ƏMDK-yə qrant ayırıb. , 08D
-
- Siyasət
- 11 Aprel 2013 17:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz