Bakının enerjipaylayıcı sisteminin gücü 10 ildə iki dəfə artıb
On ildə Bakının enerjipaylayıcı sisteminin gücü 3048-dən 6200 meqavata artıb, deyə "Azərişıq" bildirir.
"Texniki itkilər 16,9%-dən 7,8% endirilib. Güc defisiti və ifrat yüklənmələr aradan qaldırılıb. Bakı şəhərində, eləcədə Respublikamızda ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb", - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, 10 ildə şəhərin bir çox yerlərində 110 və 35 kV-luq hava xətləri kabel xətləri ilə əvəz olunub. 0,4 kV-luq hava xətləri müasir tipli özünü daşıyan izolyasiyalı naqillərlə (ÖİN) yenidən qurulub. Nəticədə texniki itkilərin səviyyəsi aşağı salınıb, şəbəkənin ifrat yüklənməsi halları aradan tam qaldırılıb.
“Azərişıq”ASC-nin regional elektrik şəbəkələri üzrə texniki itkilər 2016-cı ilin 6 ayının yekunlarına görə 10,4%-ə endirilib. Elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq”ASC yarandığı 2015-ci ilin əvvəlinə 9 500 MVA-dan 2016-ci ilin I yarımilliyinə 11. 111 MVA-ya qaldırılıb. 2016-cı ilin sonuna 12 561 MVA təşkil edəcək. –12D--
-
- İqtisadiyyat
- 11 Avqust 2016 13:00
-
- Siyasət
- 11 Avqust 2016 13:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz