Bakıya 29 yeni zibil maşını alınıb
“Hidro-Mak” (Türkiyə) şirkəti ilə müqaviləyə əsasən, Türkiyədə istehsal olunmuş Ford markalı 29 ədəd tullantıdaşıyan maşın Bakıya gətirilib və 6 rayona verilib. Bu barədə Turan-a İqtisadiyyat və Sənaye Nazirliyində məlumat veriblər.
Alış Dünya Bankı ilə birgə həyata kçeirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində baş tutub. Layihəni “Təmiz Şəhər” ASC icra edir. Bu strukturun ictimaiyyətlə əlaqələr sektorunda Turan-ın Bakı zibil yığımına cəlb edilən maşınların sayı barədə sualına cavab verə bilməyiblər.
“Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Azərbaycan hökuməti ilə DB arasında 20 may 2009-cu ildə imzalanıb. 5 illik layihənin qiyməti $41,5 mln-dur. Bunun $29,5 milyonunu Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (DB qrupunun üzvü) ayırıb. Layihənin komponentlərindən biri “Təmiz Şəhər” ASC-nin yaradılması idi. 08D
-
- İqtisadiyyat
- 17 Dekabr 2013 16:16
-
- Cəmiyyət
- 17 Dekabr 2013 16:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz