Bu il Azərbaycan aviaşirkətləri rekordlar vurur
Bu il Azərbaycan aviaşirkətləri yük və sərnişin daşımalarında rekordlar vurub.
Bu ilin 11 ayında aviaşirkətlər 111,6 min ton yük (+59,9%) və 1 550,1 min sərnişin (+4,2%) daşıyıb. 2012-ci ildə yük daşımaları həcmi 82 min ton olub. Bunun 80 min tonu beynəlxalq marşrutlarla daşınıb. Ötən il sərnişin daşımaları 2007-ci ildən sonra rekord vurub – 1 599 min sərnişin.
Dövlətstatkoma görə, sərnişin daşımalarının 99,5%-i “Azerbaijan Airlines”in payına düşüb. Karqo daşımalarda 99% “Silk Way Holding”in iki aviaşirkətinə məxsusdur.
AZAL-ın 28 Boeing, Airbus, Embraer və Ту-154 layneri var. Onların üçü hökumətin sərəncamındadır. Maraqlıdır ki, bu il aviaşirkət hərrac keçirmədən ATR tipli 6 təyyarə satıb. Aviaşirkətin mətbuat katibi Məhərrəm Səfərli Turan-a bildirib ki, 2007-2008-ci illərdə alınan təyyarələrin kimə satıldığını bilmir.
Maraqlıdır ki, statistik hesabatlarda “Silk Way Business Aviation” aviaşirkətinin sərnişin daşıma göstəriciləri açıqlanmır. Onun Gulfstream, Boeing və ATR tipli 6 layneri var. 08B
-
- Siyasət
- 17 Dekabr 2013 15:46
-
- İqtisadiyyat
- 17 Dekabr 2013 16:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz