Bakl-Tbilisi-Ərzurum qaz kəməri ilə Azərbaycan qazının ixracı bərpa edilib
Avqustun 25-nə keçən gecə Bakl-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə hissəsində baş vermiş partlayışın nəticələri aradan qaldırıldıqdan sonra ВР-Azerbaijan Türkiyəyə qaz nəqlini bərpa edib.
BP-Azerbaijan şirkətindən (layihənin texniki operatoru) bildirilib ki, “Şahdəniz” yatağından qaz hasilatı tam gücü ilə işləyən platformada aparılan profilaktik işlərdən sonra normal rejimə keçib.
“Hasil edilən qaz hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql olunur. Qaz hasilatı və ixracı ilə bağlı problem yoxdur”, - şirkətdən qeyd olunub.
Qeyd edək ki, avqustun 24-də yerli vaxtla saat 22:00-da Qars vilayətinin Sarıkamış rayonunda qaz kəmərinin Türkiyə hissəsində partlayış baş verib. Partlayışı PKK terror təşkilatı törədib.
Qaz kəmərinin Türkiyə hissəsinin operatoru Türkiyənin BOTAS dövlət şirkətidir.12D—
-
- İqtisadiyyat
- 4 Sentyabr 2015 20:30
-
- İqtisadiyyat
- 4 Sentyabr 2015 20:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz