Azərbaycan əsasən Almaniyadan avtobuslar alır
Bu ilin I yarısında Azərbaycan xaricdən $147,9 mln-a (gömrük rüsumu və vergi nəzərə alınmadan) 590 ədəd sərnişin avtobusu alıb. Avtobuslar əsasən Almaniyadan idxal olunub.
Dövlətstatkomda Turan-a bildiriblər ki, Almaniyada ümumi gömrük qiyməti $70,9 mln olan 268 avtobus sifariş verilib. Bir avtobus $264,8 minə başa gəlib.
Ən bahalı avtobuslar İsveçrə istehsalıdır – $480 212. Bu ölkədən 5 avtobus alınıb. Bu il Fransada Azərbaycana ixrac üçün 192 avtobus istehsal edilib. İVECO markalı avtobusların biri $317 426-dır.
Çexiya Azərbaycana 30 avtobus satıb. Onların biri orta hesabla $265 466-dır.
Qeyd edək ki, bu ilin I yarısında Rusiyadan (11 ədəd, ümumi qiymət $441 min), Türkiyədən ($46, $2 mln 925 min) və Koreyadan (32, $2 154 min) da avtobus alınıb.
Hökumət rəsmən bildirib ki, dövlət büdcəsi hesabına I Avropa Oyunlarında idmançılara və onları müşayiət edənlərə xidmət üçün 304 ədəd İVECO avtobusu alınıb. 08B
-
- İqtisadiyyat
- 4 Sentyabr 2015 20:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz