Üç ildə Neft Fondu Avstraliya dollarına sərmayədə öz aktivlərinin 1/3 hissəsini itirib
Bu ilin ikinci yarısında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) işləri getmir. Belə ki, iyulun əvvəlində ARDNF Çin yuanına 483 mln. dollar həcmində sərmayə qoyub. Lakin bir aydan sonra Çinin milli valyutası gözlənilmədən dəyərdən düşüb və Neft Fondunun zərəri 10 mln. dollardan çox təşkil edib.
Sentyabrın əvvəlində Avstraliya dolları da dəyərdən düşüb. Qeyd edək ki, 2012-ci ilin iyulunda ARDNF Avsytraliyanın dövlət isiqrazlarına 200 mln. həcmində dollar investisiya qoyub. O zaman Avstraliya dollarının məzənnəsi 1,02688 ABŞ dollara bərabər olub. Bu il yanvarın 1-i üçün məzənnə 1 AUD = 0,81701 USD, sentyabrn 1-i üçün - 0,70114 USD olub.
2015-ci ilin əvvəli ilə müqayisədə bu investisiyalar 14,18% və ya 23,174 mln. dollar dəyərdən düşüb. Təkcə avqustda itki 3,96% və ya 5,782 mln. dollar təşkil edib
Ümumilikdə, 2012-ci ilin iyulundan ARDNF-in Avstraliya dollarında aktivləri 31,7% dəyərdən düşüb.
*2015-ci il iyulun 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri $35 mlrd. 726,2 mln. təşkil edib. Bunun 50,1%-i ABŞ dolları, 34% -i avro, 5,1% - İngiltərə funtu, 1,5% - rubl, 1,4% - Çin yuanı, 1,2% - Koreya von,
1,1% - Türkiyə lirəsi, 0,6% - Avstraliya dolları və 1,5% - digər valyutalarda olub. Bundan əlavə, ARDNF-nin 3,2% və ya $1,4 mlrd. aktivini qızıl külçələr təşkil edir. –12D--
-
- Cəmiyyət
- 4 Sentyabr 2015 19:03
-
- İqtisadiyyat
- 4 Sentyabr 2015 20:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz