Baku Steel Company yayma dəzgahı tikir
Baku Steel Company metallurgiya zavodu yayma dəzgahı tikir. Avadanlığın işə düşməsi müəssisəyə illik məhsulu artırmaq, çeşidi genişləndirmək imkanı verəcək. Hazırda yalnız armatur və yarımfabrikatlar buraxılır.
Yeni dəzgahın gücü ildə 350 min ton olacaq. Bunun 150 min tonu katanka, 200 min tonu fason profili olacaq. Tikinti-quraşdırma işləri gələn ilin I rübündə başa çatacaq, II rübdən məhsul buraxılacaq.
Dəzgah 5,5-9 mm diametrli katanka, №8-12 şveller və s. buraxacaq. Müəssisədə hesab edilir ki, katankanın 50%-i İran, Qazaxıstan, Gürcüstana ixrac ediləcək. Rusiyaya da satış mümkündür. Fasonu ilk növbədə daxili bazarda satmaq planlaşdırılır. Amma gələcəkdə İrana satılması da mümkündür.
Bundan başqa, Baku Steel-də poladəritmə bölməsində yenidənqurma davam edir. Elektropoladəritmə sexi №1-in gücü artırılacaq: elektrik sobası 500 min ton gücündə (indi illik gücü 350 min tondur) aqreqatla dəyişdiriləcək. Avadanlığın tədarükçüsü Siemens VAI şirkətidir (Almaniya).
İşlər bitəndən sonra (2013-cü ilin sonu)müəssisənin poladəritmə və tökmə gücü 20% artaraq ildə 900 min ton olacaq. 08D.
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz