Bank BTB-nin İnternet Banking xidməti pulsuz oldu
"Bank BTB" ASC kartholderlərinə Internet Banking xidməti üzrə yeni tarif təqdim edir.
Bankdan verilən məlumata görə, bundan sonra bankın plastik kartlarına malik olan bütün müştərilərə xidmətə qoşulma və illik istifadə imkanı pulsuz olacaq.
Internet Banking banka müraciət etməyə ehtiyac olmadan, günün 24 saatı ərzində geniş çeşiddə bank xidmətləri təqdim edir. Bu xidmət müştərilərə hesabındakı cari qalığın izlənməsini, kartdan karta pul vəsaitlərinin köçürülməsi, kartın təcili surətdə blok edilməsi, hesabdan çıxarış və həmçinin digər ödəniş xidmətlərini aparmağa yardımçı olur. Xidmətə qoşulmaq üçün Azericard şəbəkəsində xidmət olunan istənilən bankomatlardan, o cümlədən Bank BTB bankomatlarından, birdəfəlik şifrələri əldə etmək və online qeydiyyatdan keçmək kifayətdir. Internet Banking səhifəsinə https://www.hbservice.com/btb.html ünvanından daxil olmaq olar. –15--
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 15:34
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 15:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz