Oktyabrda bankların depozit portfeli 1% artıb
2013-cü ilin oktyabrında Azərbaycanın kredit təşkilatlarında depozit və əmanət həcmi 112,9 mln manat və ya 1% artaraq 12042,3 mln manat olub. Son 12 ayın 2-də azalma olub və bu göstərici 1839,9 mln manat və ya 18% artıb.
Hesabat ayında manat və valyuta vəsaitləri artıb. Manat vəsaitlərinin həcmi 6130,1 mln manat olub. Bankların ümumi depozit portfelində onların payı 50,9%-dək azalıb. Bir il əvvəl bu göstərici 45,3% idi.
Noyabrın əvvəli üçün fiziki şəxslər banklarda 6303,4 mln manat depozit və əmanət saxlayıb. Bu, ümumi göstəricinin 52,3%-dir (bir ay əvvəl 52,3%). Fiziki şəxslərin qısamüddətli əmanətləri hesabat ayında 7,5 mln manat və ya 0,2% artaraq 3621 mln manat olub. Fiziki şəxslərin uzunmüddətli əmanətləri 58,5 mln manat və ya 2,2% artaraq 2682,4 mln manat təşkil edib.
Əhalinin müddətli əmanətləri 8215 mln manata qədər və ya ümumi göstərcinin 68,2%-dək (oktyabrda +0,2%) artıb. Tələb edilənədək əmanətlər 3827,2 mln manata düşüb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, manat depozitləri və əmanətləri üzrə orta dərəcə oktyabrda 0,02 faiz bəndi azalaraq 9,43%, xarici valyuta ilə əmanətlərdə 0,14 f.b. azalaraq 9,90% olub. Hesabat ayında manat depozitləri əhalidən orta hesabla illik 9,83%-lə, valyuta əmanətləri 10,35%-lə qəbul edilib. Hüquqi şəxslər üçün bu göstərici 5,74% və 3,71% olub. --15B--
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 15:36
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 15:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz