Kassa dövriyyəsinin kəsiri 429 mln manata çatıb
2013-cü ilin yanvar-oktyabrında bankların kassalarına ümumi nağd vəsait mədaxili 31,239 mlrd manat olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,7% çoxdur. Daha çox payı xarici valyuta satışı təmin edib – 29,4%. Mal satışı 19,2%, kreditlər üzrə mədaxil 8,7%, bankomatlar vasitəsilə mədaxil 4,9%, xidmət və işə görə mədaxil 4,3%, əmlak alınan zaman notarial hesablara mədaxil 4,4% və s. paya malik olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, kassa dövriyyəsinin kəsiri 429 mln manat olub (oktyabrda + 164 mln manat). Hesabat dövründə nağd pul xərcləri 31,668 mlrd manat olub. Bu, 2012-ci ilin eyni dövründəkindən 15,9% çoxdur.
Ümumi xərclərdən 28,3% mal və xidmət xərcləri, 25,3% bankomatların pulla təchizatı ilə bağlı xərclər, 11,1% xarici valyuta alışı xərcləri, 7,8% kreditlər üzrə ödəniş, 5,5% əmlak əqdləri üzrə notarial hesablardan xərclər, 3,2% depozit hesabından ödənişlər və s. olub. On ayda kassa qalığı 351 mln manat olub. Bu, nağd pul mədaxilinin 1,1%-dir.
Günlük nağd pul mədaxilinin orta həcmi 103,102 min manat, xərclərin orta həcmi 104,516 min manat olub. --15B--
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 15:41
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 16:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz