Kredit kartları ilə əməliyyatlar il ərzində 55% artıb
Azərbaycan banklarının dövriyyədə olan aktiv plastik kartlarının sayı 2013-cü ilin oktyabrında 16 min ədəd artaraq 5363 minə çatıb. İllik artım 8% olub.
Yanvar-oktyabrda kart sahibləri 8224 mln manatlıq 54604 min əməliyyat keçiriblər. Ödənişlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% onların həcmi 15,3% artıb. Kredit kartları ilə əməliyyat sayı 2,4 dəfə artaraq 7848 min, dövriyyə 54,7% artaraq 1349 mln manat olub.
Kart əməliyyatlarının əsas hissəsi yenə bankomatların payına düşüb – 6863 mln manatlıq 42316 min tranzaksiya. Bunun 98,8%-i nağd pul çıxarılması əməliyyatıdır.
Kartlara 2397 bankomat və 35039 POS-terminal vasitəsilə xidmət göstərilib. İl ərzində birincilərin sayı 7,7% artıb, ikincilərinki 4,4% azalıb.
1 noyabr 2013-cü il üçün Bakıda 1351 АТM və 30897 POS-terminal qurulub. Xidmət sahəsi obyektlərində 33635 POS-terminal fəaliyyət göstərir, onların 30061-i Bakıdadır. --15В--
Rəy yaz
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 15:47
-
- Siyasət
- 19 Dekabr 2013 16:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
1 rəy
Zeynalov ferid rehman
2024-02-27
Kredit isteyirik