Karqo daşımalardan mənfəət $100 mln-u keçib
Bu ilin 9 ayında yerli aviaşirkətlərin yük daşımalarından gəlirləri 354 886,9 min manat olub. Bu, ötən ilin eyni dövründəkindən 32,9% çoxdur. Deyilən dövrdə yük daşımaları həcmi 87,2% artıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Aviaşirkətlər daşımalara 265 615,3 min manat və ya ötən ilin 9 ayındakından 38,9% çox xərcləyiblər. Beləliklə, onlar 89,2 mln manat ($108 mln) balans mənfəəti əldə edib.
Azərbaycanda karqo sektoruna “Silk Way Airlines” və “Silk Way West” nəzarət edir. Onlar “Silk Way Holding” şirkətlər qrupuna daxildir. Bu şirkətlərin birincisi 2001-ci ildə təsis edilib və 7 İL-76 və 3 AN-12 təyyarəsi var. İkinci şirkət 2012-ci ildə yaradılıb və 3 Boeing 747-400F və 2 Boeing 767-300F təyyarəsi var. 08D
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 14:59
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 15:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz