MMX-yə daxil olan məlumatların sayı ötən ay 3,3% artıb
2013-cü ilin noyabrında AMB yanında Maliyyə Monitorinqi Xidmətinə şübhəli və cari əməliyyatlar barədə 33 700 min məlumat daxil olub. Bu, ötən aydakından 3,3% çoxdur.
Xidmətin məlumatına görə, bu ilin 11 ayında onlara 311 496 min məlumat daxil olub. 2012-ci ilin yanvar-noyabrı ilə müqayisədə bu göstərici 78 195 vahid və ya 33,5% artıb.
Maliyyə Monitorinqi Xidməti 2009-cu ildən fəaliyyət göstərir və çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi ilə mübarizə üzrə dövlət siyasətini həyata keçirir. --15B--
-
- Söz istəyirəm
- 19 Dekabr 2013 14:55
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 15:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz