Bank of Azerbaycan əmanətlər üzrə faiz dərəcəsini artırıb
"Bank of Azerbaycan" ASC “Proqressiv” əmanəti üzrə faiz dərəcəsini artırıb.
Bankda Turan-a deyiblər ki, altı aylıq əmanətlər üzrə faiz dərəcəsi 2 bənd artaraq 5%, 12 aylıq əmanətlər üçün 5 f. b. artaraq 12 faiz olub.
Hazırda bu əmanət manat, ABŞ dolları və avro ilə 6, 12, 24 və 36 aylığa qəbul edilir. Faiz gəlirləri hər ay və ya depozit müqaviləsinin sonunda verilir.
Əlavə imkan kimi əmanətçiyə depozitin 80%-i həcmində kredit və pulsuz Visa Electron kartı verilir.
Bankın depozit portfeli I yarımildə 16,7% genişlənərək 120,1 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 22,9 % artaraq 68,23 mln manat olub.
Bank 30 iyul 2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və dərəcəsi 12%-dən yüksək olmayan əmanətlər sığortalanıb. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz