«Bank of Baku» borc olanda «Bolkart»ı yeniləmir
«Bank of Baku»nun «Bolkart» sahibləri yeni problemlə üzləşib.
Turan-ın məlumatına görə, borc olanda bank «Bolkart»ı yeniləməkdən imtina edir.
Bankın adının çəkilməsini istəməyən müştərilərindən biri qeyd edib ki, əvvəllər belə olmurdu. Müştərinin sözlərinə görə, əvvəllər borc olanda da kartın vaxtı keçəndə dəyişirdilər.
«Bank of Baku»nun «Bolkart» kredit kartının 3 ilədək müddəti var. Onlardan bankın tərəfdaşlarında – məşhur paltar, ətriyyat, kompüter texnikası, mebel mağazaları, restoran və s mal və xidmət haqqı ödənişində istifadə etmək olur.
«Bank of Baku»da Turan Agentliyinin yazılı sorğusuna cavab verməyiblər.
Bank eksperti Əkrəm Həsənov ehtimal edir ki, bu , manatın qiymətdən düşməsi ilə bağlı bankların manatla kredit verməyə ehtiyat etməsi ilə bağlı ola bilər. 71B
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 11:52
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 13:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz