Həftə ərzində 16 min ton pambıq yığılıb
Noyabrın14-dək Azərbaycanda 64,1 min ton pambıq yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 30 min ton çoxdur.
Dövlətstatkom pambıq tədarükü məlumatlarını həftələr üzrə açıqlayır. Son həftə pambıqçılar pambıqtəmizləmə zavodlarına 16 min məhsul satıb.
Bu ildən hökumət pambıqçılığa subsidiya verilməsinə iki dəfə baxıb. Əvvəlcə pambıq yığımı buğda və düyü yığımına bərabər tutuldu. Onlarda 1 ha əkinə 90 manat verilir. Bir ay əvvəl subsidiyalaşma son məhsula bağlandı: pambıqtəmizləmə zavodlarına verilən hər kq üçün fermerlər 10 qəpik alır.
Bu il 52 min 57 ha sahədə pambıq əkilib.
KTN bitkiçilik şöbəsinin rəisi İmran Cümşüdov Turan-a bildirib ki, pambıq və bir sıra texniki bitkilərə görə subsidiya verilməsi mexanizminin dəyişdirilməsi üzrə təkliflər hazırlanır. Buna qədər tütün və barama istehsalının subsidiyalaşmasına yenilik edilib. 08B
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 12:32
-
- Cəmiyyət
- 15 Noyabr 2016 13:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz