Bank of Baku krediti vaxtında ödəyən yeni müştərilərə sonuncu ödənişi hədiyyə edəcək
“Bank of Baku” bankdan ilk dəfə kredit alan müştərilər üçün təqdim etdiyi “Ayda 100 manata - 1000 manat nağd kredit” məhsulunun əldə edilmə şərtlərini asanlaşdırır.
Bankdan verilən məlumata görə, rəsmi iş yeri olmayan və ya rəsmi iş yeri olan və arayış gətirə bilməyən bütün yeni müştərilər yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə 1,000 manatadək kredit məbləğindən faydalana bilər. Yalnız Bakı şəhərində qeydiyyatda olanlar yox, bankın fəaliyyət göstərdiyi bütün ölkə regionlarında qeydiyyatda olan müştərilər istənilən “Bank of Baku” filialına müraciət edə bilər. Bank vaxtında ödəniş edənlərə son ayın ödənişini hədiyyə edir. Həmçinin onlara yüksək məbləğdə pul krediti, Bolkart və müxtəlif imtiyazlar təqdim edən “Dostlar Klubu” kartı almaq şansı verilir. Bu kredit çərçivəsində zamin tələb edilmir.
"Ayda 100 manata - 1000 manat kredit" vətəndaşların gündəlik ehtiyaclarını qarşılamaq üçün ilk dəfə cari ilin mart ayında təqdim edilmişdir.Bu günədək artıq minlərlə müştəri bu kredit məhsulundan faydalanıb, deyə bankda qeyd edilir. —15D--
-
- İqtisadiyyat
- 3 Dekabr 2013 14:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz