Tarif Şurası Bakıdan Qəbələyə aviareysləri unudub
Bu gündən ölkədə hava nəqliyyatında daxili sərnişin daşımalarında maksimal tarif qüvvədədir. Tarif Şurasının 2 dekabr tarixli qərarına əsasən, “Azerbaijan Airlines” daxili aviareyslərdə biletin qiymətini özü ən aşağı səviyyədə də müəyyən edə bilər.
Bakıdan Naxçıvana (70 manat), Gəncəyə (56 manaв), Zaqatalaya (52 manat), Lənkəran (41 manat) və Gəncədən Naxçıvana (39 manat) bir istiqamətə biletin qiyməti əvvəlki səviyyədə saxlanılıb (dekabr 2007). Maraqlıdır ki, qərarda 1 iyun 2012-ci ildən fəaliyyət göstərən Bakı-Qəbələ-Bakı reysi unudulub. Bu reys açılanda AZAL bir istiqamətə biletin qiymətini 48 manat təyin edib. Sərnişin az olduğu üçün uçuşlar dayandırılıb. Bu ilin avqustundan uçuşlar bərpa olunub, biletin qiyməti 30 manatdır.
Hökumət “Azerbaijan Airlines”ə Bakıdan Naxçıvana və geriyə uçuşlara subsidiya verir. Hökumət Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayanlar üçün 20 manat subsidiya ödəyir. Hər il aviaşirkət bu marşrut üzrə 10-11 mln manat subsidiya alır. Aviaşirkətdə «başqa yerli aviareyslər rentabellidirmi?» sualına cavab verməyiblər. 08B
-
- İqtisadiyyat
- 3 Dekabr 2013 13:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz