Nəqliyyat Nazirliyi avtonəqliyyatda sərnişin daşımalarının maya dəyərini araşdırmağa başlayıb
Nəqliyyat Nazirliyi yanında Avtomobil Nəqliyyatı Dövlət Xidməti benzin və dizel yanacağının pərakəndə qiymətlərinin artırılmasından sonra avtonəqliyyatda sərnişin daşımalarının maya dəyərini araşdırmağa başlayıb. Nəqliyyat Nazirliyi katibliyinin rəisi Namiq Həsənov Turan-a bildirib ki, Tarif Şurasına vaxtlarda şəhərdaxili və şəhərlərarası marşrutlarda sərnişin daşıma xidmətlərinin qiymət artımı ilə bağlı müraciət göndərilməyib.
Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi sonuncu dəfə TŞ-yə bu barədə müraciəti ilin əvvəlində göndərib. O vaxt şura bu məsələyə baxmayıb, hərçənd müraciət Bakıda bir sıra daşıyıcıların ziyanla işləməsi ilə əsaslandırılmışdı.
İqtisadi və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, ictimai nəqliyyatda qiymət artımı gözlənilmir. Onun sözlərinə görə, yeni tariflərin sərnişindaşıma xidmətlərində tətbiq olunan tariflərə təsiri çox aşağıdır. “İctimai nəqliyyatda ümumi gəlirlərdə yanacaq xərcinin xüsusi çəkisi təxminən 20% təşkil edir. Tarif dəyişikliyindən sonra bu göstərici 26% olacaq. Sərnişin daşıma ilə məşğul olan şirkətlər rentabellə işləyirlər. 08B
-
- Cəmiyyət
- 3 Dekabr 2013 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz