Bank of Bakunun xalis mənfəəti 1 oktyabr üçün 13 mln manat olub
«BankofBaku» ASC-nin aktivləri 1 oktyabr üçün 706,73 mln manat (ötən ilin eyni dövrünə nisbətən + 6,2%) olub.
Bankdan verilən məlumata görə, 3 rübdə kredit portfeli 637,59 mln manat (+11,7%), fiziki şəxslərin kreditləşməsi - 609,16 mln manat (+11,1%) olub. Bankın öhdəlikləri 571,12 mln manat (+8,1%), depozitləri 402,12 mln manat (+2,3%) təşkil edib.
Bankın xüsusi kapitalı 135 mln 611,28 min manat, nizamnamə kapitalı 52,87 mln manat, xalis mənfəəti 13,07 mln manat təşkil edib.
BankofBaku 1994-cü ildə təsis edilib. Səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 20 Oktyabr 2014 15:40
-
- Sual-cavab
- 20 Oktyabr 2014 16:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz