Son yenilənmə

(10 d. əvvəl)
Neft Fondu vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlir iki dəfə azalıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2014-cü ilin yanvar-sentyabr aylarının yekunlarını açıqlayıb.

Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manat təşkil edib.

Qeyd edək ki, 2013-cü ilin 9 ayında Neft Fondunun vəsaitlərinin idarə olunmasından 311,2 milyon manat vəsait əldə etmişdi. Beləliklə, cari ilin 9 ayında Neft Fondu vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlir 47,8% azalıb.

Vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlərin belə kəskin azalması müəyyən qədər Rusiya bazarına yatırılan 500 milyon dollara yaxın kapitalla bağlı ola bilər. –12D--

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti