Bank Respublika kreditlərin faiz dərəcələrinin azaldılması istiqamətində strategiyanın işlənib hazırlanmasına başladı
Mərkəzi Bank tərəfindən həyata keçirilən faiz dərəcələrinin azaldılması imkanlarının araşdırılması proqramı çərçivəsində Bank Respublika faiz dərəcələrinin azaldılması və kreditləşdirmə (istehlak kreditləri həmçinin orta və kiçik biznes kreditləri üzrə) prosedurlarının sadələşdirilməsi üçün lazım olan tədbirlər kompleksinin müəyyən edəcək strategiyanın hazırlanmasına başladı
Bu strategiya üzərində görülən işlər çərçivəsində hal-hazırda Bankın kredit bazasının, bazarın tələbatı və imkanlarının təhlili aparılır. Bu layihədə daha dolğun və hərtərəfli məlumatların alınması üçün Bankın müxtəlif sahələri üzrə rəhbərləri və müştəri xidməti üzrə menecerləri sözügedən strategiyanın hazırlanmasında iştirak edəcəklər.
Strategiyanın əsas istiqamətlərindən biri maksimal məbləğlərin artırılması ilə yanaşı kreditlərin komissiya haqqlarının azaldılması və əhalinin müxtəlif seqmentləri üçün güzəştli kredit məhsulları üzrə imkanların araşdırılmasıdır.
Bankın idarə heyətinin sədri Xədicə Həsənova bildirdi ki, “Bankımız tərəfindən biznes və istehlak kreditlərində qiytmətləri müəyyən edən əsas və üzdə olan faktorların öyrənilməsi üzrə bir sıra işlər artıq aparılıb və bu işlərin nəticəsi yaxın vaxtlarda öz müsbət təsirini kredit məhsullarında göstərəcək”.—15D--
-
- İqtisadiyyat
- 16 İyul 2013 13:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz