Bank sektorunun aktivləri və öhdəlikləri iyulda proporsional şəkildə artıb
Bu ilin iyulunda Azərbaycan banklarının məcmu aktivləri 199,79 mln manat və ya 1,4% azalaraq 14978,58 mln manat olub. İlin əvvəlindən bank aktivləri 7,4%, illik müddətdə 1701,56 mln manat və ya 12,8% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2012-ci il avqustun 1-i üçün banklarda nağd pul 649 mln manat, müxbir hesablarında vəsait 1087,2 mln manat, maliyyə sektorunun kreditləşməsi 628,4 mln manat, müştəri kreditləşməsi 9619,4 mln manat, investisiya həcmi 1274,6 mln manat, başqa aktivlər 1720,6 mln manat olub.
Bank öhdəlikləri hesabat dövründə 154,37 mln manat və ya 1,2% artaraq 12709,95 mln manat olub. Bundan 6710,6 mln manatı depozitlər, 4527,7 mln manatı maliyyə sektoruna verilən vəsaitlər və 1471,7 mln manatı başqa öhdəliklər təşkil edib.
Bankların ümumi kapitalı il ərzində 40,1 mln və ya 1,7% azalıb, iyulda isə 45,4 mln manat və ya 2 % artaraq 2268,6 mln manat ($2,89 mlrd) olub. --15B--
-
- İqtisadiyyat
- 7 Sentyabr 2012 15:26
-
- İqtisadiyyat
- 7 Sentyabr 2012 16:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz