Azərbaycanda neft və qaz ehtiyatı artır
Azərbaycan geoloqları “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində yeni karbohidrogen yataqları aşkarlayıblar. AÇG kontrakt meydançasında onların həcmi 1 mlrd ton neft və 350 mlrd m3 qazdır. Bu barədə ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda "Neft-qaz hasilatında yeni texnologiyalar" beynəlxalq konfransında bildirib.
Qeyd edək ki, əvvəllər ARDNŞ hesablamışdı ki, AÇG-də 923 mln ton neft və 250 mlrd m3 qaz var.
Yusifzadə qeyd edib ki, Azərbaycanda proqnozlaşdırılan karbohidrogen ehtiyatları 10 mlrd ton şərti yanacaqdır. Onun sözlərinə görə, ölkənin sübut edilmiş neft və qaz ehtiyatları 2 mlrd ton və 2,55 trlm m3, proqnozlaşdırılan ehtiyatları 2 mlrd ton və 3,45 trln m3-dir. --12С--
-
- İqtisadiyyat
- 7 Sentyabr 2012 15:23
-
- İqtisadiyyat
- 7 Sentyabr 2012 15:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz