- İqtisadiyyat
- 7 Sentyabr 2012, 15:23
- 203
"Əsrin müqaviləsi" çərçivəsində Azərbaycan 100 mln ton mənfəət nefti əldə edib
1997-ci ilin noyabrından 2012-ci il sentyabrın əvvəlinə kimi “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi çərçivəsində 280 mln ton (2 mlrd 70 mln barrel) neft hasil edilib. Bu barədə ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda "Neft-qaz hasilatında yeni texnologiyalar" beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, bu həcmdən 104 mln ton (770 mln barrel) Azərbaycanın mənfəət neftidir.
Qeyd edək ki, Azərbaycan "Əsrin müqaviləsi" çərçivəsində ilk mənfəət neftini 1999-cu ilin sonunda əldə edib. Mənfəət nefti satışından gəlirlər Neft Fonduna yığılır. ARDNF-yə indiyəcən $80 mlrd vəsait daxil olub.
Sentyabrda AÇG çərçivəsində Azərbaycan 16 mln barrel mənfəət nefti əldə edəcək. Neftin barreli $110 olarsa, Azərbaycanın "Əsrin müqaviləsi" çərçivəsində gəlirləri $1,76 mlrd (vergi ayırmaları olmadan) olacaq.
Xatırladaq ki, 18 may 2012-ci ilədək “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi çərçivəsində 2 mlrd barrel neft çıxarılıb.
ВР-yə görə, 2025-ci ilə kimi AÇG-dən 5,4 mlrd barrelədək neft çıxarılacaq. Amma Azərbaycan geoloqları hesab edir ki, blokun ümumi ehtiyatları 6,8 mlrd barrel neftdir.
* AÇG üzrə saziş 20 sentyabr 1994-cü ildə imzalanıb. AÇG tərəfdaşları bunlardır: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Chevron (11,27%), INPEX (10,96%), Statoil (8,56%), ExxonMobil (8%), TPAO (6,75%), ITOCHU (4,3%) və Hess (2,72%). --12С--
-
- İqtisadiyyat
- 7 Sentyabr 2012 15:18
-
- İqtisadiyyat
- 7 Sentyabr 2012 15:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz