- İqtisadiyyat
- 5 Noyabr 2012, 12:47
- 223
Bank Silk Way-in əmanətləri iki dəfə artıb
2012-ci ilin 3 rübündə "Bank Silk Way" ASC-nin aktivləri 74,4% artaraq 138,35 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 2,9 dəfə artaraq 76,93 mln manat təşkil edib.
Bankın ümumi öhdəlikləri 38,09 mln-dan 78,91 mln manata artıb. Depozit portfeli 83,6% genişlənərək 61,67 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 2 dəfə artaraq 20,49 mln manat olub.
Balans kapitalı 59, 44 mln manata çatıb, məcmu kapital 44% artımla 58,88 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 51% artaraq 54,16 mln manat olub. . Bankın gəlirləri və xərcləri 10,74 mln və 5,68 mln manat təşkil edib. Vergi ödəniləndən sonra xalis mənfəət 3,17 mln manata çatıb. --15B--
-
- İqtisadiyyat
- 5 Noyabr 2012 12:31
-
- İqtisadiyyat
- 5 Noyabr 2012 13:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz