Kredo Bank xalis mənfəəti 57,3% artırıb
"Kredo Bank" ASC 2012-ci ilin 3 rübündə vergi ödəniləndən sonra 464 min manat xalis mənfəət əldə edib. Bu, bir il öncəkindən 57,3% çoxdur. Bankın gəlirləri 7,38 mln manat, xərcləri 6,79 mln manat olub. Onlar 19,4% və 17,2% artıb.
Yanvar-sentyabrda aktivlər 8,6% artaraq 98,15 mln manat təşkil edib. Verilən kredit həcmi 6,6% azalaraq 73,62 mln manat olub.
Bankın ümumi öhdəlikləri 60,03 mln-dan 68,84 mln manata artıb. Depozit portfeli 20,3% genişlənərək 16,6 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 41,8% artaraq 13,99 mln manat olub.
Balans kapitalı 2,2% artaraq 25,03 mln manata çatıb, məcmu kapital 1,6% artımla 22,99 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 20,54 mln manat səviyyəsində qalıb. --15B--
-
- İqtisadiyyat
- 5 Noyabr 2012 12:29
-
- İqtisadiyyat
- 5 Noyabr 2012 12:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz