Muğanbank-ın səhm yerləşdirməsi başlayır
"Muğanbank" ASC sabahdan nominalı 200 manat olan 5 min adi sənədsiz adlı səhmi yerləşdirməyə başlayacaq, deyə Bakı Fond Birjası məlumat verir.
Səhm buraxılışı birjanın qeyri-kotirovka vərəqinə daxil edilib. Prospektə əsasən, yerləşdirmə Bakı Fond Birjasında kütləvi abunə yolu ilə olacaq. Anderrayter "Texnika Kapital Menecment" MMC-dir. Yeni səhmlər tam yerləşdirilsə, bankın nizamnamə kapitalı 3,5% artaraq 29,31 mln manata çatacaq.
Hazırda Muğanbank-ın nizamnamə fondu 28,31 mln manatdır. Bankın əsas səhmdarı Müşahidə Şurasının sədri Elmir Mehdiyevdir (65,50%). --15B--
-
- İqtisadiyyat
- 5 Noyabr 2012 12:26
-
- İqtisadiyyat
- 5 Noyabr 2012 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz