
Bank Silk Way kapitalını artırır
"Bank Silk Way" ASC nizamnamə fondunu 3 396 150 manat və ya 3,6% artıraraq 97 129 890 manata çatdırır.
Kapital artımı 679 230 adi adlı sənədsiz səhmin nominalının 138 manatdan 143 manata artırılması hesabına olacaq.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumat verir ki, Bank Silk Wayin səhmlərinin konvertasiya prospekti bazar ertəsi dövlət qeydiyyatına alınıb.
Bankın səhmdarları "Silk Way Airlines" MMC və 2 fiziki şəxsdir. --15B-
-
- Cəmiyyət
- 3 Sentyabr 2013 16:56
-
- İqtisadiyyat
- 3 Sentyabr 2013 17:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz