«Bank Standard»ın əmanətçilərinə əmanətlərin 97 faizi ödənilib
Əmanətlərin Sığortalanması Fondu “Bank Standard”ın əmanətçilərinə 425 mln. 669 min manat həcmində kompensasiya ödəyib.
Turan məlumat verir ki, ümumilikdə 603 mln. manat həcmində depozitdən 460 mln. manatı kompensasiya edilir.
Beləliklə, fond artıq əmanətlərin 97%-ni kompensasiya edib.
Ümumilikdə, bağlanmış 10 bankın əmanətçilərinə 712 mln. 497 min manat ödənilib.
Fond bağlanan 10 bankın hər birində əmanətlərin 90%-dən çoxunu kompensasiya edib. 71D
-
- Siyasət
- 2 Dekabr 2016 11:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz