Bank Standardın kapitalı I rübdə 7,5% azalıb
2013-cü ilin yanvar-martında "Bank Standard" QSC-nin aktivləri 9,7% artaraq 876,89 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 580,35 mln manata çatıb. Depozit portfeli 577,62 mln manat olub. Bunun 462,93 mln manatı müddətli müştəri əmanətləridir.
Balans kapitalı 4,32 mln manat və ya 7,5% azalaraq 52,91 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 75 mln manat səviyyəsində qalıb.
Bankın ümumi gəlirləri 19,67 mln manat olub. 2011-ci ilin III rübündən bank xərclərini və məcmu kapitalının səviyyəsini ictimaiyyətdən gizləyir. --15B--
-
- İqtisadiyyat
- 7 May 2013 14:15
-
- İqtisadiyyat
- 7 May 2013 14:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz