Dövlət sığortaçısının imkanları bir dəfə yarım artıb
“Azərsığorta” dövlət kommersiya sığorta şirkəti I rübdə 7 mln 624,4 min manat mükafat toplayıb.
Şirkətdə Turan-a bildiriblər ki, bu, 2012-ci ilin eyni dövrü ilə (Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, 5,18 mln manat) müqayisədə 2,5 mln (+47%) çoxdur. Artıma səbəb icbari sığorta növləridir.
Könüllü növlər üzrə 783,3 min manat, icbari növlər üzrə 6 mln 841,1 min manat sığorta haqqı yığılıb.
Sığorta ödənişlərinin həcmi 3 mln 429 min manat (ötən ilkindən 2,1 dəfə çox) təşkil edib. Könüllü növlər üzrə 414,3 min manat, icbari növlər üzrə 3 mln 14,7 min manat kompensasiya edilib.
Nizamnamə kapitalı 5,5 mln manat olan «AzərSığorta» 1991-ci ildən fəaliyyət göstərir. 2009-11-ci illərdə Azərbaycanda sığorta mükafatı və ödənişləri üzrə lider olub. 28 mart 2012-ci ildən İcbari Sığorta Bürosunun üzvüdür. --17D—
-
- İqtisadiyyat
- 7 May 2013 14:41
-
- Cəmiyyət
- 7 May 2013 14:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz