- İqtisadiyyat
- 18 İyul 2014, 11:36
- 198
Bank VTB (Azərbaycan) cari ilin birinci yarısının yekunları üzrə hesabat verdi
Bank VTB (Azərbaycan) 2014-cü ilin birinci yarısında görülmüş işlərin yekunları üzrə hesabat vermişdir: iyulun 1-nə bankın kredit portfelinin həcmi 215,985 mln manata çataraq ötən ilin müvafiq dövrünün göstəricilərini demək olar ki, iki dəfə üstələmişdir. Əhalinin əmanətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90%-dan çox artaraq 6,3 mln manata çatmışdır.
Bankın aktivləri iki dəfə artaraq 229,699 mln manata çatmışdır. Bankın məcmu kapitalı 47,837 mln manat olmuşdur. Gəlirlər 2,5 dəfə artaraq 20, 257 mln manata çatmış, bu zaman faiz gəlirlərinin artımı 167%, qeyri-faiz gəlirlərinin artımı isə 23 % olmuşdur.
Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə departamentinin direktoru İlqar Novruzov: “Bizim kreditləşmə bazarında mövqeyimiz möhkəmdir və cari ilin birinci yarısının göstəriciləri buna sübutdur. Həmçinin, korporativ kreditləşmə sahəsində də mövqelərimizi gücləndirmişik. Biz həmişəki kimi kiçik və orta biznes seqmenti ilə aktiv işi davam etdiririk. Bu da öz növbəsində ölkənin iqtisadiyyat sahələrinin inkişafında müsbət təsirə malikdir”.
* Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.®
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz