«Bank VTB-Azərbaycan» ipoteka krediti verəcək
«Bank VTB (Azərbaycan)» AİF xətti ilə ipoteka krediti verməyi planlaşdırır.
Turan-ın məlumatına görə, bu barədə bankın İdarə Heyətinin prezidentinin müavini, “VTB Bank (Azerbaijan)”ın Müşahidə Şurasının sədri Mixail Oseyevski bəyan edib.
O deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılığa əsasən, 2017-ci ilin sonuna kimi əlavə səhm emissiyası buraxılacaq.
«2016-cı ilin yayında 110 mln manat məbləğində kapitala əlavə vəsait yatırdıq”, - deyə M.Oseyevski Bakıda brifinqdə bildirib.
O deyib ki, “VTB Bank (Azerbaijan)” 2018-ci ildə mənfəətə çıxmaq niyyətindədir
"İndi bankın strategiyasının əsas məqsədi Rusiyanın törəmə strukturlarımızın olduğu ölkələrlə ticarət dövriyyəsinə dəstək verməkdən ibarətdir” deyə o bildirib.
«Biz belə tranzaksiyalar üçün dəstək qrupu olmalıyıq. Buna görə də yerli bazarda fəaliyyət göstərən Rusiya şirkətlərinin, Rusiya bazarına istiqamətlənmiş yerli şirkətlərin həyata keçirdiyi əməliyyatları maliyyələşdirəcəyik. Buna görə biz hüquqi şəxslərlə, əsasən gəliri $10-20 mln. olan orta şirkətlərlə işə daha çox üstünlük veririk", - deyə o əlavə edib.
VTB Bank (Azerbaijan)ın səhmlərinin 51%-i Bank VTB ASC-yə, 48,99%-i AtaHolding-ə, 0,01%-i fiziki şəxsə məxsusdur. 71D
-
- Cəmiyyət
- 2 Noyabr 2016 11:18
-
- İqtisadiyyat
- 2 Noyabr 2016 11:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz