Bank VTB rubl kartları təklif edir
BankVTB (Azərbaycan) müştəriləri üçünəlavə komissiya ödəmədən Rusiyada istifadə üçün nəzərdə tutulan rubl debet kartları təklif edir, - deyə bankın mətbuat xidməti bildirir.
Rubl kart məhsulu Rusiyaya mütəmadi işgüzar və turist səfərləri edənlərin və ya bu ölkədə təhsil alan tələbələrin tələbatı nəzərə alınmaqla işlənib hazırlanıb.
Kartlar üzrə minimal müddət 12 ay, maksimal müddət isə 36 ay təşkil edir. Sadalanan bütün kartlarla bankomatlardan pul çıxarmaq, POS-terminal və internet vasitəsilə istənilən ödəmələr etmək mümkün olacaq.
«Həyatı və fəaliyyəti Rusiya ilə sıx əlaqəli olan müştərilərə uyğun məhsul və xidmətlərin hazırlanıb təklif olunması bankımızın strateji inkişaf istiqamətlərindən biridir”, - deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Hazırda bankın 15 filialı var 08D
-
- İqtisadiyyat
- 17 Fevral 2016 14:44
-
- İqtisadiyyat
- 17 Fevral 2016 15:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz